525.Az

Tramp Bayden administrasiyasını tənqid edib


 

Tramp Bayden administrasiyasını tənqid edib<b style="color:red"></b>

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırda hakimiyyətdə olan Bayden və administrasiyasını Ukrayna məsələsini idarə edə bilməməkdə ittiham edib. 

525.az xarici mətbuata istinadən xəbər verir ki, vəziyyət yaxşı ələ alınsa idi, Ukraynadakı məsələnin bu nöqtəyə gəlməyəcəyini ifadə edən Tramp, “Vladimir Putini çox yaxşı tanıyıram, Tramp administrasiyası dövründə indi etdiyini heç vaxt etməzdi, mümkün deyildi", - ifadəsini işlədib.

Bayden administrasiyası dövründə neft qiymətlərinin artması ilə Rusiyanın daha da zənginləşdiyinə diqqət çəkən Tramp, “Zəif sanksiyalar bir ölkənin və strateji əhəmiyyətli ərazinin ələ keçirilməsi ilə müqayisədə əhəmiyyətsizdir”, - deyib.

Putinin artan neft qiymətləri ilə istədiyini əldə edib. ABŞ-ın enerjisi Tramp administrasiyası dövründə müstəqil idi. Bu müstəqilliyi əvvəllər heç vaxt əldə etməmişdik və neft qiymətləri çox aşağı idi. İndi ölkəmiz böyük bir qarışıqlığın içindədir". 

Sevil Gülməmmədova

 





23.02.2022    çap et  çap et