525.Az

Dünyanın ən böyük gəmisi ilk səfərinə hazırlanır - Foto


 

Dünyanın ən böyük gəmisi ilk səfərinə hazırlanır -<b style="color:red"> Foto</b>

Dünyanın ən böyük sərnişin gəmisi “Wonder of the Seas” martın 4-də ilk səyahəti üçün suya eniş edəcək. 

525.az “Hürriyet”ə istinadən xəbər verir ki, keçən ay tamalanması başa çatan gəminin Aralıq dənizinə doğru yola düşərək Barselona və Romaya gedəcəyi bildirilib. Səfərin 5-7 gün arasında olacağı vurğulanıb. Təxminən 7 min sərnişin tutumuna malik nəhəng gəminin göyərtəsinin uzunluğu Eyfel qülləsini belə keçir.

“Royal Caribbean” şirkətinə məxsus “Wonder of the Seas” gəmisinin uzunluğu 362, eni isə 64 metrdir. Gəmi 6 998 sərnişin və 2 300 gəmi heyəti tutumuna malikdir. 

Nəhəng gəmi sərnişinlərə təqdim etdiyi imkanlarla dəniz üzərindəki tətil məkanını xatırladır. Onun 18 göyərtəsi var və bunlardan 16-sı sərnişinlərə açıqdır. Bu hissələrdə 4 üzgüçülük hovuzu, 20 restoran, su parkı, basketbol meydançası, idman zalı, 1 400 nəfərlik şou zalı və 20 mindən çox real bitki növü olan bağı var. 

İlkin planlara görə, 2021-ci ildə başa çatdırılması gözlənilən gəminin tikintisi koronavirus pandemiyası səbəbindən ləngiyib.

Sevil Gülməmmədova

 





23.02.2022    çap et  çap et