525.Az

"Uğurlu dövlət siyasəti vətəndaş cəmiyyətinin möhkəmlənməsi və inkişafı üçün zəmin yaratdı"


 

"Uğurlu dövlət siyasəti vətəndaş cəmiyyətinin möhkəmlənməsi və inkişafı üçün zəmin yaratdı"<b style="color:red"></b>

RAUF ZEYNİ: "AZƏRBAYCANDA QƏBUL EDİLƏN QANUNLAR VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFI ÜÇÜN VACİB BİR PLATFORMA, QANUNVERİCİLİK BAZASI FORMALAŞDIRDI" 

Çağdaş dövrümüzdə ictimai həyatın demokratikləşdirilməsi, insan hüquq azadlıqlarının qorunması, cəmiyyətin harmonik sabit inkişafının təmin edilməsi, hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən biri kimi vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, dəstəklənməsi cəmiyyətin əsas hədəf vəzifələrindən biri kimi çıxış edir. Müstəqillik əldə etdikdən sonra Azərbaycanda da vətəndaş cəmiyyəti institutlarının inkişafı dövrü başlayıb. Bu yol heç hər zaman rahat deyil, bir çox hallarda enişli-yoxuşlu olub. Üçüncü sektor təmsilçiləri öz inkişafında ən müxtəlif çətinliklərlə üzləşmələrinə baxmayaraq, nəticə etibarı ilə cəmiyyətdə özlərini təsdiqləyə biliblər. Vətəndaş cəmiyyəti institutları bu gün Azərbaycanda tərəqqi proseslərinin, novatorluğun, modernləşmə təşəbbüslərinin lokomotivi kimi qəbul edilirlər. Artıq vətəndaş cəmiyyəti institutları cəmiyyəti irəli aparmaq, dövlətin həyata keçirdiyi siyasətə, atdığı addımlara ən müxtəlif formada dəstək vermək potensialına malikdirlər. Şübhəsiz ki, vətəndaş cəmiyyəti institutlarının bu səviyyəyə gəlib çıxmasında Azərbaycan dövlətinin, xüsusilə ulu öndər Heydər Əliyevin Prezident İlham Əliyevin həyata keçirdiyi əməli tədbirlərin müstəsna əhəmiyyəti var. Bütün bu müsbət məqamların fonunda müəyyən problemlər həllini gözləyən məsələlər var ki, bunlar da hələ ki, üçüncü sektorun qarşısında qət ediləcək yolun çox olduğunu deməyə əsas verir. Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni ilə söhbətimizi bu istiqamətdə qurduq.

 

(Əvvəli ötən sayımızda)

 - 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradıldı. Paralel olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, habelə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması bilavasitə vətəndaş cəmiyyəti institutlarının inkişafına çox böyük təkan verdi. Bununla həmçinin vətəndaş cəmiyyəti institutlarının inkişafında yeni bir mərhələnin başlanğıcı qoyuldu. Yuxarıda qeyd etdiyimiz fondlar, qurumlar vasitəsi ilə dövlət tərəfindən vətəndaş cəmiyyəti institutlarına, yəni QHT-lərə, kütləvi informasiya vasitələrinə, gənclər təşkilatlarına digər qurumlara hər il 15-20 milyon manatdan artıq vəsaitin ayrıldığını nəzərə alsaq, dövlətimiz tərəfindən vətəndaş cəmiyyətinin inkişafına böyük marağın, eləcə diqqət qayğının olduğunu söyləyə bilərik. Məhz bütün bunlar bu sahənin inkişafına olan marağın ifadə edilməsindən irəli gələn məqamlardandır. Bütün bunlarla yanaşı, ayrı-ayrı nazirliklər, dövlət komitələri üçüncü sektor təmsilçiləri ilə müəyyən aparırlar. İnsan hüquq azadlıqlarının həyata keçirilməsi ilə bağlı "Milli fəaliyyət planı"nda göstərildiyi kimi nazirliklərin, komitələrin bütün fəaliyyətdə məhz QHT-lər yer almalı, həyata keçirilən tədbirlər onlarla birgə gerçəkləşdirilməlidir. İnsan hüquqları müvəkkili (Ombudsman) "İnsan hüquq azadlıqları milli fəaliyyət proqramı"nın icraçısı kimi üçüncü sektorla sıx əməkdaşlıq edir. Habelə əlaqədar nazirliklər bu sərəncamdan irəli gələn müddəalara hörmətlə yanaşaraq, onun icrasını həyata keçirməklə QHT-lərlə sıx əlaqələr qururlar. Təəssüf ki, bəzi nazirliklər var ki, onlar vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq etməyə ehtiyac duymurlar. Hesab edirəm ki, bu çatışmazlıqları qeyd etmək lazımdır. Bununla yanaşı ümidvaram ki, belə nazirliklər, dövlət komitələri QHT-lərlə bağlı dövlət başçısı İlham Əliyevin göstərişlərini, qərarlarını, yanaşmasını nəzərə alaraq, üçüncü sektorla əməkdaşlığa maraq göstərəcəklər. Çünki vətəndaş cəmiyyətinin qurulması təkcə bir qrup şəxslərə, fədailərə aid deyil. Vətəndaş cəmiyyəti bütövlükdə dövlət səviyyəli bir məsələdir. Odur ki, üçüncü sektorla əlaqələr qurmayan ayrı-ayrı nazirliklər, məmurlar bu məsələyə diqqətlə yanaşmalı bu sahədə olan qərarları, konsepsiyaları, eləcə dövlət rəhbərlərinin vətəndaş cəmiyyəti institutlarına yanaşmasını nəzərə almalıdırlar. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında doqquzuncu fəsil məhz vətəndaş cəmiyyətinin inkişafına həsr edilib. Mən sizin qəzetin tribunasından istifadə edərək QHT-lərlə əməkdaşlıqda maraqlı olmayan bəzi məmurlara deyirəm ki, o konsepsiyanı açıb oxusunlar. Müstəqillikdən sonrakı illər ərzində Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasını, dövlətimiz tərəfindən bu sahəyə ayrılan diqqət qayğıya məmnuniyyətlə yanaşır, bunu müsbət qiymətləndiririk. Fikrimcə, Azərbaycan dövləti, iqtisadiyyatı daha da gücləndikcə, eləcə imkanlar genişləndikcə biz regionlarda da vətəndaş cəmiyyətini gücləndirəcəyik. Regionlarda yeni təlim resurs mərkəzləri tikəcəyik. Bununla da regionlarda vətəndaş cəmiyyətinin müvafiq strukturları inkişaf eləyəcək. Nəticədə biz gənclərimizi, vətəndaşlarımızı vətəndaş cəmiyyəti institutlarının işinə geniş şəkildə cəlb edə biləcəyik. Bu işlərin nəticəsində isə ölkəmizdə yüksək səviyyəli vətəndaş cəmiyyətinin formalaşmasına nail olacağıq. Güclü vətəndaş cəmiyyətinin yaradılması isə insanlarımızın yad, kənar təsirlərə məruz qalmasının, ona qoşulmasının qarşısını almaqla bərabər, vətəndaşlarımızın ölkəmizin, dövlətimizin, vətəndaş cəmiyyəti institutlarımızın inkişafında yaxından iştirak etməsinə səbəb olacaq. Bu, onlar öz vətəndaş təşəbbüslərini inkişaf etdirməsi ilə yanaşı, onların yerləri ilə təmin olunması, təlimatlanması, təşkilatlanması deməkdir. Hesab edirəm ki, vətəndaş cəmiyyətinin inkişafını dedikdə biz bu məqamları nəzərə almalıyıq.

- Bir qədər öncə bəzi nazirliklərin, dövlət komitələrinin vətəndaş cəmiyyəti institutları ilə əlaqə qurmaqda maraqlı olmadığını söylədiniz. QHT-lərin bir çox dövlət qurumları ilə sıx əməkdaşlığı fonunda, bəzi dövlət qurumların belə yanaşmasına səbəb nədir?

- Bəzi nazirliklər, məsələn Ədliyyə Nazirliyi, Gənclər İdman Nazirliyi bizim hələ lap əvvəllərdən əməkdaşlıq etdiyimiz nazirliklərdir. Ədliyyə Nazirliyində Penitensiar Xidmətdə İctimai Nəzarət Komitəsində uzun zamandır ki, təmsil olunuruq. Gənclər İdman Nazirliyi yaranan vaxtdan gənclər təşkilatları orada İctimai Komitənin üzvüdürlər. Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə son illərdə əməkdaşlığa başlamışıq. Bu Nazirliyin nəzdində İctimai Şura yarandı ki, biz sözügedən qurum vasitəsi ilə əməkdaşlığımızı genişləndirdik. Doğurdan da burada təmsil olunmağımız sosial siyasətin həyata keçirilməsində xeyli faydalı oldu böyük işlərlə nəticələndi. Bu məqamlar sözügedən nazirliklərin ictimai sektora açıq olmasının, sıx əlaqələrin göstəricisidir. O nazirliklər ki, vətəndaş cəmiyyəti ilə əlaqələrin qurulmasında, ictimai nəzarətin, şəffaflığın təmin olunmasında, korrupsiya rüşvətxorluğa qarşı mübarizə aparılmasında, dövlət proqramlarının effektiv həyata keçirilməsində, ümumiyyətlə, bütün bu məsələlərdə QHT-lərin iştirakında maraqlıdırlar, onlar özləri üçüncü sektorla münasibətlərin qurulmasına təşəbbüs göstərirlər. Məsələn, Müdafiə Nazirliyində İctimai Şura olmasa da onlarla bizim yaxşı işbirliyimiz var. Tez-tez sərhəd bölgələrinə səfərlər təşkil edilir biz vətəndaş cəmiyyətinin nümayəndələri olaraq orada fəal iştirak edirik.

(Ardı var)

Aqil LƏTİFOV

 





17.05.2014    çap et  çap et