525.Az

Gözəl rəssam da ola bilərdi, istedadlı xanəndə də...


 

amma taleyini həmişəlik jurnalistikaya bağladı

Gözəl rəssam da ola bilərdi, istedadlı xanəndə də...<b style="color:red"></b>

DOSTUM HƏMKARIM RAFİQ HACIYEVİN 60 YAŞINA KİÇİK BİR SÖZARDI... 

Onu hər yerdə - küçədə, yolda-rizdə tez-tez görmək olar. Həmişə harasa tələsir...  Haqqında deyilən "xeyir-şər adamıdı" fikri qətiyyən mübaliğə sayıla bilməz. Tanıdığı adamların yas mərasiminə dəyməyi özünə borc bilir. Dəvət olunduğu toy məclislərindən qaldığını da eşidən olmayıb.

Bir incəsənətlə, musiqi ilə bağlı tədbirlərin daimi iştirakçısıdır. Ən azı, belə tədbirlərdən hazırlanan telesüjetlərdə,  ani olsa, mütləq görünəcək. Əsasən , arxa planda, sakit bir guşədə... Çünki o, mədəniyyət xadimidir, peşəkar musiqiçi. Amma mədəniyyətə, musiqiyə ürəkdən bağlı adamdır. Xalq mahnılarını, muğamları bəzi peşəkarlardan da yaxşı bilir. Üstəlik, dodaqaltı şirin zümzümə eləməyi var. Hətta ən yaxın dostların toy-nişanında xahiş eləyəndə bir ağız oxuyur da. Özü böyük muğam ustası Arif Babayevin məlahətli səs tembrində. Arif Babayev sənətinin vurğunu olduğu üçün...

Bu istedadın kökü hara bağlıdır? Dediyinə görə, atasının da incə musiqi duyumu, məlahətli səsi olub. Amma elə həmin musiqi duyumlu ata onun xanəndə  olmasını istəməyib. 

Bununla belə, tələbəlik illərində, 1975-ci ildə indiki Bakı Dövlət Universitetinin "özfəaliyyət"inin səhnələşdirdiyi "Leyli Məcnun" operasında Məcnun rolunu ifa etməsinə maneə törədən olub, ağızbüzən...  O tamaşanın indi lent yazısı var, başqa əsər-əlaməti. O tamaşa haqqında balaca bir xəbər qalıb o dövrün "Kommunist" qəzetində, bir özünün yaddaşında xoş bir xatirə...

Görünür, qəhrəmanımın adını çəkmək vaxtıdır: söhbət yazıçı-publisist hüquqşünas Rafiq Hacıyevdən gedir...

Təcrübəli jurnalistlər onun 1980-ci illərdə Azərbaycanın birinci qəzeti sayılan "Kommunist"dəki fəaliyyətini, xüsusən, məsul katibin müavini kimi bu gündəlik mətbu nəşrin tərtibatındakı xidmətlərini  yaxşı xatırlayırlar.  İndi qəzet redaksiyalarında maket çəkənə, hətta məsul katibə belə ciddi ehtiyac qalmayıb. Hər şey kompüterin, ən yaxşı halda, az-çox qabiliyyəti olan kompüter dizaynerinin ixtiyarına verilib. Amma sovet dövründə maketin əvvəlcədən kağız üzərində, məxsusi formada çəkilməsi qəzet buraxılışının çox vacib mərhələsi idi bu işi hər jurnalist  bacarmırdı.  Rafiq, sözün həqiqi mənasında, bu işin sənətkarıydı... "Kommunist"in həmin dövrdəki nüsxələrinə baxsanız, bu mükəmməl maket ustasının əsl rəssam zövqü ilə qəzetə necə maraqlı tərtibat verdiyini görərsiniz.

Rəssam zövqündən söz düşmüşkən... Sonralar, bir yerdə işləyəndə Rafiq rəssamlığa, bədii tərtibat işinə bağlılığının "sirrini"  mənə, elə-belə, yeri gəlmişkən, açmışdı. Demişdi ki, uşaqlıqda rəssam olmaq istəyib. Hətta orta məktəbin 6- sinfində oxuyanda çəkdiyi rəsmlər barədə bir rayon qəzetində yazı da dərc edilib, onun foto-şəklinin altında gələcəkdə böyük rəssam olacağına inam da ifadə olunub. Amma... o, böyük rəssam olmayıb. Heç buna cəhd eləməyib. Daha doğrusu, belə bir cəhd etməyə imkan verilməyib. Səbəbi? Səbəbi çox sadədir. Özü həmin səbəbi 2-3 cümlə ilə ifadə edir:  "O vaxt Gürcüstan Rəssamlıq Akademiyasının rektoru mənim rəsmlərimlə tanış olmuşdu, bəyənmişdi. Sonra atama deyib ki, ver, bu uşağı aparım Gürcüstana, yaxşı təhsil alsın, böyük rəssam ola bilər... Atam rəhmətlik razı olmayıb..."

atasının razılığı olmadığından bu adam rəssamlıq təhsili ala bilib, rəssam olub, amma rəssam səliqə-sahmanı, rəssam zövqü, harada işləməsindən asılı olmayaraq, sonralar həmişə köməyinə gəlib, onu başqalarından fərqləndirə bilib. Elə "Kommunist" işlədiyi illər daha çox məhz bu keyfiyyətinə görə yaddaşlara yazılıb...

O, sonralar dövrünün populyar qəzetlərindən olan "Azərbaycan", "Səhər", "Həyat" qəzetlərinin məsul katibi, "Odlar yurdu"nun baş redaktoru olanda da bu səliqə-sahmana, eləcə jurnalist sənətinin əsas prinsiplərinə həmişə sadiq qalıb.

Musiqi zövqü, musiqi duyumu rəssamlıq qabiliyyəti... Amma o, musiqini seçir, rəssamlığı... günlərin birində sənədlərini indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə verir. Paradoksdurmu? O qədər yox, amma... bu seçimin bir səbəbi var.

Rafiqin dayısı Rza Quliyev ötən əsrin 40- 50-ci illərində iki dəfə  "Kommunist" qəzetinin redaktoru olub. O illərdə "Kommunist"in redaktoru olmaq Azərbaycanda ən yüksək vəzifələrdən birini tutmaq demək idi. Onda, necə deyərlər, Rafiqin dayısının "qılıncının dalı da, qabağı da kəsib". Amma bu hər şeyə qadir dayı Rafiqin jurnalistika sahəsində təhsil almaq istədiyini  eşidəndə deyib ki, bala, hansı ixtisası, hansı sənəti seçsən, sənə kömək eləməyə, irəli çəkməyə hazıram. Amma jurnalistikanı seçirsənsə, burda mənim köməyimə bel bağlama. Jurnalistikaya ürəkdən bağlanmadınsa, heç bir kömək, heç bir dayı sənə yardımçı ola bilməyəcək...

"əli hər yerə çatan dayı" tamamilə haqlı olub!

gənc bacıoğlu bu həqiqətlə barışıb, bu reallığı beyninə həkk eləyib!

Jurnalistika məhz istedad tələb edir. Burda kiminsə köməyilə nəyəsə nail olmaq qeyri-mümkündür. Ən azı yazı-pozu məsələsində... Sənin yazını bir dəfə düzəldərlər, iki dəfə səliqəyə salarlar, sonrakı yolları özün keçməlisən, imzanı özün tanıtmalısan! Başqa yol yoxdur!

Rafiq bu sözləri qulağında sırğa eləyib ömrünü jurnalistikaya bağlayıb. Özü dayısının məsləhətilə ürəkdən bağlayıb.

...Onunla harda, vaxt tanış olduğumu xatırlamıram. Amma mənə elə gəlir ki, elə uşaqlıqdan bir-birimizi tanıyırıq... Bəlkə bu, yazı-pozuya, qələm adamlarına oxşar münasibətlərimizlə, oxşar baxışlarımızla bağlıdır, bilmirəm. Onu bilirəm ki, Rafiqlə prinsipial məsələlərdə fikir ayrılığımız heç vaxt olmayıb. O da mənim kimi radikallıqdan uzaq adamdır, böyük-kiçik yerini biləndir, özünü gözə soxan deyil...

Tale elə gətirib ki, bir müddət Respublika Baş Prokurorluğunun Mətbuat Mərkəzində bir yerdə çalışmalı olmuşuq. İşə gedib gəlməkdə, tapşırılan işləri yerinə yetirməkdə, xüsusən hüquq-mühafizə orqanı əməkdaşına məxsus ədəb-ərkanı qorumaqda Rafiqin əvəzi yox idi. Elə indi yoxdur yəqin...

O, prokurorluqda işləyəndə yenə tənbəllik eləmədi, ikinci ali təhsil kimi Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirdi. Düzdür, sonradan hüquqşünas kimi çalışmadı. Amma elə prokurorluqda işlədiyi vaxt başladığı yazıçılıq fəaliyyətində, əminəm ki, hüquq təhsili almasının rolu əvəzsizdir. "İstintaqı peşəkarlar aparır" adlı kitabında da, sonralar qələmə aldığı povest hekayələrdə jurnalist peşəsi ilə hüquqşünas biliyinin sintezi hiss olunur. Bir rəssamlıq qabiliyyətinin izləri... Çünki Rafiqin yazılarında jurnalist səmimiyyəti ilə, hüquq dəqiqliyi ilə yanaşı bir rəssam səliqəsi hiss olunur.

Bu gün kriminal hadisələrdən yazan jurnalistlər çoxdur. Bu gün cinayət cinayətkarlıq mövzusunda yazanların sayı-hesabı yoxdur. Amma bu çoxluqda bir qəribə eybəcərlik var. Belə yazılardan adətən qan iyi gəlir. Bu yazılarda qəfil faciələrin bütün dəhşətləri görünür bu dəhşət insanı, sıravi oxucunu yorur, bezdirir. Rafiqin cinayətkarlıqla mübarizə mövzusunda yazdığı yazılarda belə eybəcərliyi müşahidə etməzsən. Bu, məsələyə professional yanaşmanın nəticəsidir!

Son vaxtların dəbdə olan kriminal xronikasında, bu mövzuda yazılarda çox vaxt başqasının faciəsi üzərindən "jurnalist"in özü görünür, "ağıllı" məsləhətləri ilə, didaktik haşiyələri ilə... Amma Rafiq Hacıyev 20 ildən çoxdur ki, bu mövzuda yazır, amma o yazılarda siz onun "özü" görməzsiniz, onun iddialı "məsləhət"lərinə rast gəlməzsiniz. Rafiq hadisəni təsvir edir, faciənin köklərini araşdırmağa çalışır. Bir bu cinayət faktlarının açılmasında xüsusi rolu olan hüquq-mühafizə orqanları əməkdaşlarının fədakar əməyindən söhbət açır. Vəssalam! Jurnalistin işi elə bu deyilmi?..

Onun təsvirləri təbiidir, dialoqları da səmimidir. Hələ mən Rafiqin yazılarından hiss olunan melodiyanı, musiqini demirəm. Bir sözlə, Rafiq ömrü boyu nəyə qadir olubsa, ömrü boyu nələri öyrənibsə onların hamısını yazılarında, gündəlik həyatında "xərcləyir". onun yazılarının dadı-tamı da, təbiiliyi səmimiliyi ömür yollarında qazandıqlarının ifadəsi kimi qiymətlidir. Çünki Rafiq nəyisə uydurmur, gördüyünü, yaşadığını yazır. 

Rafiqin təsvir etdiyi cinayətkar da insandır, öz qayğıları, problemləri olan insan. Rafiq bu yazılarda həmin cinayətkara haqq qazandırmasa da onun insan kimi ləyaqətini tapdalamağı ağlına belə gətirmir. Bu insanı cinayət yoluna sürükləyən amillərin təhlilinə daha çox diqqət yönəldir ki, cəmiyyət belə bəlalardan xilas olsun.

Məncə, jurnalistin, xüsusən cinayət cinayətkarlıq mövzusunda yazan jurnalistin missiyası elə budur.

Rafiq o missiyanı bu gün şərəflə daşıyır. qəfildən məlum olur ki, Rafiq Hacıyevin 60 yaşı düzəlib. tez? Necə?

İnandırıcı olmasa da fakt faktlığında qalır. Rafiq bu günlərdə 60 yaşın kürəyini yerə vurub. Amma gənclik təravətilə, gənclik eşqiylə...

...Onu yenə daha çox küçədə-bayırda görmək olar. O yenə harasa tələsir. 60-dan 100-ə doğrumu?

Yəqin ki...

Yolun işıqlı olsun, qardaş...

Müsəllim HƏSƏNOV

 





17.05.2014    çap et  çap et