525.Az

Qara Dəniz Ticarət və İnkişaf Bankının Xüsusi Toplantısı keçiriləcək


 

Qara Dəniz Ticarət və İnkişaf Bankının Xüsusi Toplantısı keçiriləcək<b style="color:red"></b>

Fevralın 25-də Yunanıstanın Saloniki şəhərində Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 15-ci Xüsusi Toplantısı keçiriləcək.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən 525.az-a bildirilib ki, hazırda Rəhbərlər Şurasına sədrlik Azərbaycanda olduğu üçün sözügedən növbədənkənar toplantının QDTİB-nin Azərbaycan üzrə Rəhbəri qismində maliyyə naziri Samir Şərifovun sədrliyi ilə keçirilməsi nəzərdə tutulur. Növbədənkənar toplantının gündəliyində duran əsas məsələ isə 2022-2026-cı illər üzrə Bankın növbəti prezidentinin seçilməsidir. QDTİB-nin Rəhbərlər Şurasının növbəti - 24-cü İllik Toplantısı cari ilin iyun ayında Azərbaycanın sədrliyi ilə Bakı şəhərində keçiriləcək.

 





24.02.2022    çap et  çap et