525.Az

Tikilməkdə olan binanın çökməsi nəticəsində 4 nəfər xəsarət alıb


 

Tikilməkdə olan binanın çökməsi nəticəsində 4 nəfər xəsarət alıb<b style="color:red"></b>

Paytaxtın Nərimanov rayonunun Keşlə qəsəbəsində "City Garden" şirkətinin tikilməkdə olan binalarından birinin çökməsi nəticəsində xəsarət alanların sayı açıqlanıb.

525.az "APA"ya istinadən xəbər verir ki, ilkin məlumata görə, 4 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

 





24.02.2022    çap et  çap et