525.Az

"İnnovativ təlim metodları və texnologiyaların tezaurusu" kitabının təqdimatı keçirilib


 

"İnnovativ təlim metodları və texnologiyaların tezaurusu" kitabının təqdimatı keçirilib<b style="color:red"></b>

Ötən gün "İrşad" otelində "XXI Əsr Təhsil Mərkəzi" İctimai Birliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "İnnovativ təlim metodları texnologiyaları tezaurunun yazılması" layihəsi çərçivəsində hazırladığı "İnnovativ təlim metodları texnologiyaların tezaurusu" adlı kitabının təqdimat mərasimi keçirilib.

Layihənin rəhbəri tərtibatçı-müəllifi fəlsəfə doktoru Etibar Əliyev ilk olaraq Azərbaycan təhsil sisteminin ümumi vəziyyətindən söz açıb. Funksional savadsızlığın azaldılması insan kapitalının inkişafı yönünüdə işlər aparılmasının zəruriliyini irəli sürən E.Əliyev mərhələli olaraq, 1991-1993, 1993-1998, 1998-2013- illərdə aparılan təhsil islahatlarından söz açıb. Oxu, riyaziyyat, təbiət sahəsində şagirdlərin savadının qənaətbəxş olmadığını dilə gətirən ekspert bu sahədə yaxşı nəticələr əldə etməyin vacibliyini bildirib. O, 2013- il 24 oktyabr tarixində Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın təsdiq edilməsi haqqında imzaladığı Sərəncamdan sonra həyata keçirilən layihələrdən danışıb.  Daha sonra "İnnovativ təlim metodları texnologiyaların tezaurusu" kitabdan danışan E.Əliyev bunları söyləyib: "Kitabda bütün dövrlərdə təhsilin inkişafına təkan verən ideyalar sistemləşdirilib onların innovativ təlim metodları texnologiyaların formalaşmasında rolu göstərilib. Vəsaitdə həmçinin məktəb tədqiqatlarına da geniş yer verilib informasiya cəmiyyətinin məhsulu olan 11 təhsil texnologiyasının tezaurusu tərtib edilib. Kitabda həmçinin İnnovativ pedaqoji texnologiyanın qısa lüğəti tərtib edilib. Fikrimcə, innovativ təlim metodları texnologiyalarının tezaurusunun yazılması Azərbaycanda təhsil üçün yenilikdir".

E.Əliyev bu işin spesifikliyinin 2 əsas məqsədini özündə birləşdirdiyini deyib: "Birincisi, əsas innovativ təlim metodları texnologiyaların mühüm anlayışlarının vahid məntiqi ardıcıllığının kiçik məqalələr şəklində verilməsi; ikincisi, orta məktəbdə çalışan müəllimlər gələcəkdə müəllim olmaq istəyənlər üçün vəsaitin hazırlanması. Tezaurus - yunan dilindən tərcümədə "xəzinə" deməkdir. Bu tipli proqramlar, seçilmiş, biri-birini məntiqi cəhətdən tamamlayan əsas fikirlər toplusudur. Dərc olunan vəsaitdə dünya təhsil təcrübəsindən məlumatlar toplanıb. Kitabın təhsil işçiləri üçün dəyərli vəsaitə çevriləcəyinə inanıram".

Təhsil Nazirliyinin Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev 2013- ildə imzalanmış sərəncam əsasında aparılan islahatlardan danışıb. İlin əvvəlindən elan edilən müsabiqə haqqında məlumat verən E.Əmrullayev təhsil problemin tək nazirliyin deyil, cəmiyyətin problemi olduğunu dilə gətirib. O, Azərbaycan dilində elmi ədəbiyyatın azlığından söz açıb: "Bu tipli kitabların əhəmiyyətli olduğunu düşünürəm. Kitabın elmi işçilərə paylanılması vacibdir. Gələcəkdə kitabın yenidən daha yüksək tirajla dərc edilməsi mümkün ola bilər".

Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü kitabın paytaxtda bölgələrdə yerləşən müəllimlərə paylanmasını təklif edib. O, mahiyyət etibarı ilə kitabın əhəmiyyətli olduğunu, kitabdan istifadə edildiyi təqdirdə yaxın bir neçə ildə əhəmiyyətli nəticələrin əldə edilməsinin mümkünlüyünü bildirib. M.Mürşüdlü təhsil sistemi ilə məşğul olan 30-a qədər qeyri-hökumət təşkilatlarının mövcudluğunu qeyd edərək, Təhsil Nazirliyinin qeyd edilən təşkilatlarla əməkdaşlığının zəruriliyini dilə gətirib. Onun sözlərinə görə, təhsil sahəsinin inkişaf etdirilməsi prosesində hər bir vətəndaş yaxından iştirak etməlidir.

Professor Qulu Məhərrəmli hazırkı təhsil sahəsində sistem münasibət dəyişikliyinin vacibliyini bildirib. O, bu sahədə yazılan kitabın əhəmiyyətli olacağını qeyd edərək, kitabın sonunda innovativ lüğətin verilməsinin son dərəcə zəruri olduğunu vurğulayıb. Q.Məhərrəmli təhsil sahəsinə aid bu cür kitabların yazılmasını elmin baza sahəsi hesab etdiyini deyib.

Kitabın redaktoru Aynur Bağırova uşaq ensiklopediyalarının hazırlanması təklifini irəli sürüb. Onun sözlərinə görə, valideynlərlə müəllimlərin daim ünsiyyətdə olması vacib məqamdır.

Tədbir kitab təhsil haqqında müzakirələrlə davam etdirilib. 

Məhəbbət HACIYEVA

 





17.05.2014    çap et  çap et