525.Az

Baş Prokurorluq Bakıda binanın çökməsi ilə bağlı daha bir məlumat yayıb


 

Baş Prokurorluq Bakıda binanın çökməsi ilə bağlı daha bir məlumat yayıb<b style="color:red"></b>

Baş Prokurorluq Bakıda binanın çökməsi ilə bağlı daha bir məlumat yayıb.

Qurumun Mətbuat Xidmətindən 525.az-a daxil olan məlumatda deyilir:

"Xəbər verildiyi kimi, paytaxtın Nərimanov rayonunun Keşlə qəsəbəsində "City Garden" layihəsi çərçivəsində söküntü işlərinin aparılması zamanı şirkətdə əmək müqaviləsi əsasında işləyən və həmin işlərə cəlb edilmiş yalnız 4 nəfər şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.

Hər birinə ambulator tibbi yardım göstərildikdən sonra sonuncular evə buraxılıblar.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən araşdırma aparılır, hadisə yerinə baxış keçirilib və qeyd edilən şəxslərin aldıqları xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə məhkəmə-tibb ekspertizaları təyin edilib.

İctimaiyyətə əlavə məlumat veriləcəkdir".

 





24.02.2022    çap et  çap et