525.Az

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın vəziyyəti məmnunluq doğurur


 

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın vəziyyəti məmnunluq doğurur<b style="color:red"></b>

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Türkiyədəki hərbi attaşesi polkovnik Müşfiq Məmmədov və hərbi attaşenin Quru Qoşunları üzrə köməkçisi kapitan Tural Məmmədov fevralın 24-də Türkiyə Respublikası Silahlı Qüvvələrinin 2-ci korpusunun komandiri general-leytenant Rasim Yıldız və 18-ci motoatıcı briqadanın komandiri polkovnik Ahmet Yalçın İsgəndər ilə görüşüblər.

Azərbaycanın Ankaradakı səfirliyindən 525.az-a bildiriblər ki, görüşlərdə Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycan Ordusu arasında mövcud hərbi əməkdaşlıqdan məmnunluq ifadə edilib, bu işbirliyinin regionda davamlı sülhün təmin olunmasına töhfə verdiyi vurğulanıb.

Bundan başqa, Türkiyənin Gelibolu şəhərində “Qardaş briqadası” layihəsi çərçivəsində xidmət edən Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə də görüş keçirilib.

 





24.02.2022    çap et  çap et