Fevralın 23-də Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda Cənubi Azərbaycan ədəbiyyatı ilə bağlı qurultayqabağı məruzə təqdim olunub.
525.az xəbər verir ki, AYB sədrinin müşaviri Sayman Aruzun hazırlayaraq təqdim etdiyi məruzəni Birliyin sədri, Xalq yazıçısı Anar, sədr müavini Rəşad Məcid, katiblər Elçin Hüseynbəyli, Səlim Babullaoğlu, həmçinin Səyyad Aran, İbrahim İlyaslı, Vaqif Yusifli, Dayandur Sevgin, Elşad Barat və digər ədəbiyyat adamları dinləyiblər.
Sonra müzakirə aparılıb, məruzə barədə düşüncələr və qeydlər nəzərə çatdırılıb.
çap et