525.Az

“Biz yalnız döyüşürük, Qərb ölkələri uzaqdan izləyir” - Volodimir Zelenski


 

“Biz yalnız döyüşürük, Qərb ölkələri uzaqdan izləyir” -<b style="color:red"> Volodimir Zelenski</b>

“Biz yalnız döyüşürük. Qərb ölkələri uzaqdan müşahidə edirlər”.

525.az xəbər verir ki, bunu Ukraynanın Prezidenti Volodimir Zelenski fevralın 25-də səhər etdiyi çıxışında bildirib.

“İşğalçılar həm hərbi, həm də mülki obyektləri atəşə tuturlar. Onlar fərq qoymurlar. Onların məqsədi vətəndaşlara təzyiqdir”, - o söyləyib.

Dövlət başçısı həmçinin müharibə əleyhinə aksiya keçirən rusiyalılara çağırış edib: “Etiraza çıxan bütün vətəndaşlara (Rusiya vətəndaşları – “Report”) demək istəyirəm: biz sizi görürük. Bu o deməkdir ki, siz bizi eşitdiniz, bizə inanmağa başladınız. Bizim üçün mübarizə aparın, müharibə əleyhinə mübarizə aparın”.
 

 





25.02.2022    çap et  çap et