525.Az

Snayperlərin hazırlıq kursu davam edir - Video


 

Snayperlərin hazırlıq kursu davam edir - <b style="color:red"> Video</b>

2022-ci il döyüş hazırlığı planına əsasən Quru Qoşunlarında “Snayper hazırlığı” kursu davam edir.
525.az Müdafiə nazirliyinin saytına istinadən xəbər verir ki, kurs müddətində hərbi qulluqçular snayper tüfənglərinin taktiki-texniki xüsusiyyətlərinə yiyələnməklə yanaşı, atəş hazırlığı üzrə praktiki vərdişlərini də təkmilləşdirirlər.

Məşğələlər zamanı snayperlər atəş mövqeyinin seçilməsi, maskalanma, müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi və digər tapşırıqları uğurla yerinə yetiriblər.

 

 





25.02.2022    çap et  çap et