525.Az

Zakir Həsənov İrana başsağlığı verib


 

Zakir Həsənov İrana başsağlığı verib<b style="color:red"></b>

Azərbaycanın müdafiə naziri general-leytenant Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmmədhüseyn Baqeriyə və müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Məhəmmədrza Gərayi Aştianiyə başsağlığı verib.

525.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Z.Həsənov M.Baqeriyə və M.G.Aştianiyə ünvanladığı ayrı-ayrı məktublarda təlim təyyarəsinin qəzaya uğraması və pilotların şəhadəti münasibətilə başsağlığı verib, dövləti və xalqı ilə həmdərd olduğunu bildirib.

Qeyd edək ki, fevralın 21-də Təbriz şəhərində İranın qırıcı təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarənin iki pilotu və mülki şəxs ölüb.

 





25.02.2022    çap et  çap et