525.Az

Hava necə olacaq?


 

Hava necə olacaq?<b style="color:red"></b>

Həftənin ilk iş günü Azərbaycanda hava əsasən dəyişkən buludlu olacaq və yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, mayın 19-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gün ərzində hava əsasən yağmursuz olacaq.

Abşeron yarımadasında temperaturun gecə 16-20 dərəcə isti, gündüz 30-35 dərəcə isti, Bakıda gecə 18-20 dərəcə isti, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Temperaturun gecə 15-20 dərəcə isti, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.
Aran rayonlarında mayın 19-da hava əsasən yağmursuz olacaq.

Lakin səhər və axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 15-20 dərəcə isti, gündüz 32-37 dərəcə isti olacaq.

 





19.05.2014    çap et  çap et