525.Az

Nazir ABŞ Dövlət Departamentinin müşaviri ilə Ukraynadakı vəziyyəti müzakirə edib


 

Nazir ABŞ Dövlət Departamentinin müşaviri ilə Ukraynadakı vəziyyəti müzakirə edib<b style="color:red"></b>

25 fevral 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun ABŞ Dövlət Departamentinin müşaviri, Dövlət Katibinin ali siyasət məşvərətçisi Derek Şolle ilə telefon danışığı baş tutub.

XİN-dən 525.az-a verilən xəbərə görə, tərəflər Ukraynadakı vəziyyət, habelə Cənubi Qafqaz bölgəsindəki ən son durum ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin beynəlxalq gündəliyin qarşılıqlı maraq doğuran məsələlərini müzakirə ediblər.

 





25.02.2022    çap et  çap et