525.Az

Bakı-Quba-Rusiya dövlət sərhədi yolunda mikroavtobus avtomobillə toqquşub


 

Bakı-Quba-Rusiya dövlət sərhədi yolunda mikroavtobus avtomobillə toqquşub<b style="color:red"></b>

Bakı-Quba-Rusiya Federasiyası Dövlət sərhədi yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə yolun Siyəzən rayonunun Ağbaş kəndindən keçən hissəsində qeydə alınıb.
 
Yolda hərəkət edən mikroavtobusla “Toyota-Praro” markalı avtomobilin toqquşması nəticəsində bir nəfərin öldüyü, doqquz nəfərin xəsarət aldığı bildirilib.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

 





19.05.2014    çap et  çap et