525.Az

"Duman" və "Manga" Bakıda


 

"Duman" və "Manga" Bakıda<b style="color:red"></b> Bu yay Bakıda ilk dəfə dünyanın ən irimiqyaslı musiqi festivallarından olan “Greenfest” rok musiqi festivalı keçiriləcək.
 
525.az-ın Azərtac-a istinadən məlumatına görə, festival iyun ayında reallaşdırılacaq. Festivalda Türkiyənin “Duman”, “Mor ve ötesi”, “Manqa” kimi tanınmış rok qrupları çıxış edəcəklər.
 
Qeyd edək ki, festivalın baş sponsoru və təşkilatçısı “Tuborg” və “All Star Entertainment” şirkətləridir. “Greenfest” festivalı hər il dünyanın müxtəlif ölkələrinin böyük şəhərlərində keçirilir.
 





19.05.2014    çap et  çap et