525.Az

Türkiyə Montrö Konvensiyasının müddəalarını tətbiq edəcək


 

Türkiyə Montrö Konvensiyasının müddəalarını tətbiq edəcək<b style="color:red"></b>

Türkiyə Montrö Konvensiyasının bütün müddəalarını tətbiq edəcək.

525.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

M. Çavuşoğlu Ukraynadakı vəziyyətin "müharibə"yə çevrildiyini qeyd edərək, ölkəsinin Montrö Konvensiyasının bütün müddəalarını şəffaf şəkildə tətbiq edəcəyini vurğulayıb.

Qeyd edək ki, Montrö Konvensiyası savaş zamanı Türkiyənin savaşda iştirak edən ölkələrin hərbi gəmiləri üçün boğazları bağlaması hüququnu da ehtiva edir.

 





27.02.2022    çap et  çap et