525.Az

Bank filialının müdiri barəsində cinayət işi başlanıb


 

Bank filialının müdiri barəsində cinayət işi başlanıb<b style="color:red"></b>

Azərbaycanda bank filialının müdiri barəsində cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, “Royalbank” Açıq Səhmdar Cəmiyyətinin filial rəhbərinin qanun pozuntularına yol verməsi barədə Bakı şəhər sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
 
Araşdırmalarla cəmiyyətin 5 saylı filialının müdiri Natiq Bayramovun qulluq mövqeyindən istifadə etməklə bankda depozit hesabına yerləşdirmək adı altında Bakı şəhər sakinindən aldığı 120 min manat məbləğində pul vəsaitini rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatlar əlavə edərək aldatma yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri  ilə cinayət işi başlanılıb.
 
Hazırda iş üzrə istintaq davam etdirilir.

 





19.05.2014    çap et  çap et