525.Az

Aİ Ukraynaya kəşfiyyat peyki ilə dəstək olacaq


 

Aİ Ukraynaya kəşfiyyat peyki ilə dəstək olacaq<b style="color:red"></b>

Avropa İttifaqı (Aİ) Madriddəki peyk mərkəzindən Ukraynada Rusiya qoşunlarının hərəkəti ilə bağlı kəşfiyyat məlumatları təqdim etməyi xahiş edib.

525.az xəbər verir ki, bu barədə Aİ-nin Ali Nümayəndəsi Cozep Borrell bildirib.

O deyib ki, Aİ ölkələri Kiyevə hərbi dəstəyini daha da artırmaqda qətiyyətlidir.

Borrelin sözlərinə görə, Aİ-nin Rusiyaya tətbiq etdiyi sanksiyalar Avropa üçün baha başa gələcək: “Ancaq biz bunun bədəlini ödəməyə hazır olmalıyıq, yoxsa gələcəkdə daha yüksək bədəl ödəməli olacağıq”.

Ali Nümayəndə vurğulayıb ki, Rusiya ilə münasibətlər bundan sonra ticarətlə müəyyən edilməyəcək.

 





28.02.2022    çap et  çap et