525.Az

Zelenskinin çıxışı tərcüməçini ağlatdı - Video


 

Zelenskinin çıxışı tərcüməçini ağlatdı -<b style="color:red"> Video</b>

Almaniyanın "Welt" qəzetinin tərcüməçisi Ukrayna prezidenti Volodimir Zelenskinin çıxışını tərcümə etməkdə çətinlik çəkib.

525.az xarici mediaya istinadən xəbər verir ki, tərcümə zamanı səsi titrəyən, boğazı düyünlənən tərcüməçi bir müddət sonra göz yaşlarına hakim ola bilməyib. Zelenskinin çıxışı sosial mediada sürətlə yayılıb.

Tərcüməçini ağladan çıxışında Ukrayna lideri, "Rusiya şərin yolundadır. Dünya Rusiyanı BMT-də səsvermə hüququndan məhrum etməlidir. Ukraynalılar, biz nəyin tərəfdarı olduğumuzu çox yaxşı bilirik. Mütləq qalib gələcəyik",- deyib.

El Roman

 





28.02.2022    çap et  çap et