525.Az

Bakıda Azərbaycan-BMT əməkdaşlığının 30 illiyi qeyd ediləcək


 

Bakıda Azərbaycan-BMT əməkdaşlığının 30 illiyi qeyd ediləcək<b style="color:red"></b>

Martın 2-də Bakıda Azərbaycan və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında əməkdaşlığın 30 illiyinə həsr olunmuş fotosərgisi keçiriləcək.

525.az xəbər verir ki, dənizkənarı bulvarda təşkil ediləcək sərginin açılış mərasimində BMT-nin Azərbaycandakı rezident-koordinatoru Vladanka Andreyeva iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan 1992-ci il martın 2-də BMT-yə üzv qəbul olunub. Azərbaycanın BMT yanında daimi nümayəndəliyi həmin ilin mayın 6-da açılıb.

 





01.03.2022    çap et  çap et