525.Az

"Mərdliyin profilləri"- Con F.Kennedi


 

İngiliscədən Telman Orucov tərcümə edib

"Mərdliyin profilləri"- <b style="color:red">Con F.Kennedi</b>

Bu siyasətə iki müxalif qüvvə var idi. Bir tərəfdən onlar Respublikaçı liderlər idi, hansılar ki, yalnız qanlı köynəyi əllərində yelləməklə, Şimal və Şərqdə, xüsusən respublikanın Böyük Ordusu arasında onlar öz dəstəyini saxlaya bilərdilər və həm də o adamlar ki, onlar 1868-ci ilin seçkiləri tərəfindən inandırılmışdılar ki, əgər Cənub ştatları bir daha yenidən Demokratlar tərəfindən idarə olunsa, bu ştatlar – onların Şimaldakı müttəfiqləri ilə birlikdə – respublikanın milli cəhətdən daim azlığını təşkil edəcəkdir. Digər tərəfdən, Cənubda elələri var idi ki, asan yola əl atıb məğlub edilən Cənubun öz işğalçılarına qarşı təbii nifrəti və acı qisməti ara düzəltmək və istismar etmək vasitəsilə özlərinə nüfuz və populyarlıq qazanmaq istəyirdilər.

Əksinə, Lamar inanırdı ki, “mənə bircə xətt qalır ki, ümumilikdə digər Cənublu təmsilçilər də bu yolla getməlidirlər, elə edilməlidirlər ki, biz sektsiyalar arasındakı təşviş hisslərini azaldaq, sülhə və yenidən barışığa gətirə bilək”.

1872-ci ildə o, Konqressə seçildi və bütün Konfederat qulluqçuları üzərinə On Dördüncü Düzəliş (1868-ci ildə elan edilmiş bu düzəlişə görə Birləşmiş Ştatların konstitusiyasını dəstəkləməyə and içib, sonra ona qarşı üsyanda iştirak edən və ya onun düşmənlərinə köməklik göstərən adam Birləşmiş Ştatlarda və ya hansısa ştatda mülki və hərbi vəzifə tuta bilməzdi, həmçinin səçkili vəzifələrə seçilə bilməzdi –tərcüməçi) tərəfindən qoyulmuş imkanlardan məhrum edilmənin bağışlanması barədə onun petitsiyası müsbət həll edildi. Samnerin ölümü və panegirik demək üçün Massaçusetsin ağ saçlı təmsilçisinin dəvət edilməsi ideal bir hadisəni bəzədi, bunu Lamar Şimala dostluq əli uzatmaq üçün gözləmişdi, onun uğuruna əmin olmaq üçün hər şey gizli saxlanırdı; onun müharibədən əvvəlki reputasiyası, ölkənin bölünməsi tərəfdarı olması, Konfederata vəzifə sahibi kimi xidmət etməsi yaddan çıxmamışdı. Samnerin özünə Missisipidə və Cənubda dəlicəsinə nifrət edilməsi və Lamarın özünün müstəsna natiqlik qabiliyyətinə malik olması da bir fakt idi.

Bütün bu faktlar onun xeyrinə, özünün təəssürat yaradan şəxsi görünüşü ilə güclənirdi – bura Henri Qreydinin sözləri ilə deyilsə “onun xüsusi qarayanız kompleksiyası, gözəl boz gözləri, iri yanaq sümükləri, qaramtıl qəhvəyi saçları, iti hərəkət etməyən ağzı” var idi. Onun Samner barədə unudulmaz panegiriki Lutsius Lamarın ilk imkanı idi ki, yeni növ Cənub dövlət xadimliyini nümayiş etdirsin. Lakin bu, onun axırıncı addımı olacaqdı.

Missisipililər bütövlükdə Samnerə panegiriki – ona həsr olunmuş tərifli sözləri – başa düşməyə və heyran olmağa başladıqda, hətta ona heyran olmasalar da, Lamarın səmimiyyətinə hörmətlə yanaşacaq və ya əvvəllər möhkəm müxalif olduqları ədalət barədə ciddi səhv etdiklərini düşündüklərinə görə onu bağışlayacaqdılar. Populyarlıq dalğası üstündə üzən və 1876-cı ildə Missisipidə Demokratik idarəçiliyinə qayıdan Lamar Qanunvericilik tərəfindən Birləşmiş Ştatlar Senatına seçildi. Lakin hətta Nümayəndələr Palatasından Senata keçməmişdən əvvəl Lamar yenidən öz partiyasını və sektsiyasını digər bir qızışdırılan məsələyə görə tərk etdiyinə görə öz arxalandıqlarının çoxunun qəzəbinə tuş gəldi.

1876-cı ildəki Prezident seçilmək üstündə Heys-Tilden rəqabəti acı bir mübarizə idi və açıq şəkildə öz yüksək nöqtəsinə elektoral səslərin bir-birinə yaxın olmaqla, Demokrat Tildenin qələbəsi ilə çatdı. Heysin əvvəlcə öz məğlubiyyətini filosofcasına itaətlə qəbul etməsinə baxmayaraq, onun köməkçiləri, Respublikaçı “New York Times” qəzeti ilə birlikdə Tildenin açıq dəqiq seçkisini yaxın rəqabət aparan ştatlar olan Cənubi Karolina, Luiziana və Floridanın ittihamına görə şübhə altına aldılar – və bu vaxt nəticəni belə dəyişməyə cəhd etdilər ki, Heysin seçkisinin səslərinin həmin üç ştatın sakvoyaj hökumətindən əldə edilən kimi qiymətləndirdilər və belə hesab etdilər ki, seçkiyə qayıtmaqla bunu düzəltmək olar. Zorakılığın və diktatorluğun yayılması barədə şayiələrlə, Konqress əsasən olmayan Elektoral Komissiya vasitəsilə bunu arbitraj qaydasında yoxlamaq istədi – və Lutsius Lamar inanırdı ki, obyektiv mühakimə Respublikaçıların ucbatından hiss olunan yalanı nümayiş etdirəcəkdir, bu qərarla razılaşdı ki, həmin tədbir faciəli münaqişənin yenidən baş verməsinin qarşısını alacaqdır. Həmin konflikt isə onun ruhunu qocaltmaqla yanaşı, baxışını genişləndirmişdi.

Lakin Komissiya bütünlüklə partiya xəttləri ilə hərəkət edəndə, müzakirə edilən ştatları və Heysi prezident seçilməsi ilə mükafatlandırdı, Tildenə verilmiş 184 elektor səsinə qarşı Heysin lehinə 185 səs verilmişdi. Bu, Cənubu qəzəbləndirdi. Respublikaçıların dörd ildən çox davam edən idarəçiliyi Cənubun köləliyi və istismarı demək idi, dörd ildən çox müddətdə Cənub qarşısında dayanan öz taleyini və millətin içərisində müvafiq yerini alacaqdı. Lamar öz səsi ilə və gələcək mövqeyi barədə verdiyi vədə görə, öz sektsiyasının şərəfi ilə alver etdiyinə görə ittiham edildi. O, qorxaqlığına, öz ştatının mənafeyi naminə durmaqdan qorxduğuna görə, o vaxt bu, vuruş mənasını verirdi, ittiham edildi; və o nəhayət zəfərinin qanuni olaraq baş verəcəyi bir vaxtda öz xalqını və öz partiyasını tərk etməkdə ittiham edildi. Onun düşmənləri qət etdilər ki, altı ilin keçməsi lazım gələcəkdir ki, seçilmiş Senator Lamar yenidən seçilmək üçün hərəkət etməyə məcbur edilsin, and içdilər ki, onun xəyanət etdiyi günü heç vaxt unutmayacaqlar.

Lakin qanun və vicdan adamı olan Lutsius Lamar bu vaxt həmin üzə çıxarılanlardan yayına bilmədi, ancaq yaradılmasına kömək etdiyi komissiyaya görə şok keçirdi. O, komissiyanın üzə çıxardıqlarını müdafiə etdi, çünki inanırdı ki, yalnız qüvvə Heysin inauqurasiyasının qarşısını ala bilər və bu, yenidən həmin yolla səfər etmə bədbəxtliyi ola biləcəkdir. O, inanırdı ki, bu, Cənub üçün xeyli yaxşıdır ki, – fitnəkarlığın acığına – bu hadisədə öz məğlubiyyətini qəbul etsin. O, Heysin Cənuba güzəştə gedəcəyinə, bura hərbi işğal qüvvələrinin geri çəkilməsi və aparıcı ştatlarda yerli idarə etməyə keçilməsi daxil idi, əldə edilməsinə inanmaqda kifayət qədər ağıllı idi. Öz ştatına bu əsl xidmət belə bir vaxta təsadüf edirdi ki, Cənub siyasətçilərinin çoxu açıq tabe olmamaq barədə danışırdılar, ona görə də məsələ əsasən qaranlığa bürünmüşdü. Lakin müxalifətin qasırğasından hərəkətə gəlməyənlər Missisipinin hər tərəfindən irəli axışdılar, Lamar Senatda olduğu kimi, qeyri-sektsional, tərəfdar olmayan bir dövlət xadimi kimi öz rolunu daha həlledici sınaq üçün hazırladı.

Konfederatın heç bir digər yüksək vəzifəli qulluqçusu hələ Senata daxil olmamışdı. Senatorlardan çoxu iyirmi il əvvəl Lamarın qatı sektsionalist Konqressmen olduğunu unutmamışdı, o, öz yerindən istefa vermişdi ki, ayrılma barədə Missisipi Ordinansının layihəsini hazırlasın. Zaman onun geri dönməsi üçün əlverişli deyildi. Respublikaçılar artıq Demokratları qiyamçılara və satqınlara sığınacaq verməkdə ittiham edirdilər; və sektsiyalar arası etimadsızlığın böyüməsinə Demokratik kömək Cənub demaqoqlarının dözülməz və qisascıl, “yenidənqurmanın avaralardan düzəltdiyi serlərdən” ibarət yeni növünün tərbiyə edilməsi idi.

Senator Lamar xəstə və yorğun olduğuna görə bütün 1877-ci ili evində istirahətdə keçirəndə bir nəsil üçün millətin siyasi partiyalarından ötəri yeni bədbəxtliyə çevriləcək hərəkat – “Sərbəst Gümüş” hərəkatı meydana çıxdı. Gümüş qüvvələrinin Moiseyi olan Uilyam Ceninqs Brian hələ səhnədə görünməmişdi; lakin Blend-Missuridən olan Demokratik təmsilçi, “Gümüş Disk” Blend sikkəxanaya gətirilən bütün gümüşlərdən sərbəst sikkə düzəltməkdən ötəri öz qanun layihəsi ilə açdığı bir yolla gedirdi. Qərbin gümüş mədənlərinin istehsalının nəhəng qaydada artması, onun dəyərinin qızılla müqayisədə müvafiq olaraq aşağı düşməsinə səbəb oldu, bu vaxt gümüş qüvvələrinin bircə niyyəti aydın, sadə və çağırış xarakterli idi –  qiyməti asanca şişirdilən pul olsun.

Bu, Missisipidə nəhəng populyarlıq qazandı. 1873-cü ilin panikası milləti heç vaxt görmədiyi ən dəhşətli iqtisadi depressiyaya saldı və artıq Cənubun yoxsullaşmış ştatlarına xüsusən ağır zərbə dəymişdi. Minlərlə biznes sahələri iflasa uğrayırdı, işsizlik artmışdı, maaşlar azaldılmışdı. Ferma qiymətləri onların müharibə dövründəki yüksək həddindən tezliklə aşağı düşmüşdü və Missisipi fermerləri – nəğd pula ümid bağlamadıqlarından – onların mallarının qiymətini yüksəldəcək, borclarını aşağı salacaq və pulun yararlılığını artıracaq istənilən qanun layihəsinin dəstəkləyəcəklərinə and içirdilər. Cənub qabaqcadan özünün, əgər yüngül pul onların ağır borclarını ödəməyə yararlı olmasa, Şərqin maliyyə institutlarına daim borclu qalacağını görürdü.

Veçel Lindseyin şeiri Cənubun və Qərbin müşahidə etdiyi kimi, Şərqin möhkəm şəkildə artan maliyyə ağalığı ilə aydın hiss olunan köməksizliyini və acı şəraitini ifadə edirdi.

Və bunların hamısı öz çarəsiz günlərində

Sərt Şərq tərəfindən istismar edilməklə,

Paternalizm mənasını verəndə

Öz səhvlərini onlara tətbiq etməklə,

Qərbin yarısını çarmıxa çəkən,

Bütün Atlantik sahilini becərən

Bənzəyir nəhəng yuvasına hörümçəyin.

Gümüş qəflətən kasıb adamların dostu kimi siyasi çağırış tələb etdi – varlı adamların pulu olan qızılın əleyhinə, gümüş prerilərin (amerikan düzənlikləri – tərcüməçi) və kiçik şəhərlərin pulu idisə, qızıl – Uoll Stritin pulu idi. Gümüş istənilən adamın problemlərinin asan həll edilməsini təmin etmək üçün – aşağı düşmüş ferma qiymətləri, yüksək faiz dərəcələri, ağır borclar və qalan hər şey üçün işlədilirdi. Demokratik partiya Ceksonun və Bentonun dövrlərindən güclü pulun tərəfdarı olmasına baxmayaraq, yeni və populyar məsələni istismar etməyə atılmışdı və o da təbii idi ki, yoxsullaşmış Missisipidən olan təzə Demokratik Senator həvəslə mübarizəyə qoşulmaq vəzifəsini öz üzərinə götürəcəkdi.

Lakin bilikli alim və professor olan Lamar məsələyə öz kolleqalarından bir qədər fərqli qaydada yanaşırdı. Öz seçicilərinin tələblərindən özünü az da olsa qoruyaraq, o, ziddiyyətin hər iki tərəfindən olan bütün yararlı münasibətlərdən cana yığılmışdı. Onun öyrənməsi onu inandırdı ki, – güman ki, səhv olaraq – yeganə sağlam mövqe sağlam pulu müdafiə etməkdir. Hökumət borclarının – hətta Uoll Stritin “şişmiş istiqraz vərəqələri” üzrə olan borcların – dəyəri düşmüş, inflyasiyaya uğramış valyuta ilə ödənilməsi, necə ki, Blend Billi bunu bəyənirdi və Metyu Qətnaməsi onu müşayiət etməklə xüsusi olaraq təmin edirdi, etik cəhətdən düzgün olmayan, praktiki cəhətdən isə səhv idi. O, hiss edirdi ki, yəqin ki, dünyanın gözündə bizim belə vəziyyətdə olmağımızdan utanmaqla və ancaq milli iqtisadi bəlanı yüngülləşdirmək üçün saxta köməkedici qanun layihələri kimi daimi maliyyə proqramı irəli sürmədi.

24 yanvar 1878-ci ildə özünün mərd və savadlı müraciətində, – bu onun Senatdakı ilk başlıca çıxışı idi – Missisipi səs verənlərinin yalvarışlarını rədd etdi, süni və qiyməti şişirdilmiş gümüş ölçüsünün arxasında dayanan və səylə işlənib hazırlanan səmərələşdirici qüvvələrə hücum etdi. Sabahısı günü o, Missisipidən olan öz kolleqasının əksinə, Metyu Qətnaməsinə “yox” səsi verdi. Kolleqası zənci Respublikaçı olmaqla, müstəsna istedad sahibi idi və bir neçə il əvvəl köhnə “sakvoyaj” qanunvericiliyi tərəfindən seçilmişdi.

Senator Lamarın məsələ barədə ustalıqla və dövlət xadiminə xas olan qaydada təhlillərinə görə edilən tərif ölkənin çox guşələrindən gəlirdi, lakin Missisipidən gələn reaksiya az da olsa məhkum- edici idi. 30 yanvarda ştat Qanunvericiliyi Memorial qəbul etdi, lakin Lamarı xatırlamağı unutdu, – əvvəlcədən və dəqiq vurulan sillədə, – onun kolleqasını əks qaydada səs verdiyinə və beləliklə, “öz seçicilərinin hiss və iradəsini” ifadə etdiyinə görə təbrik etdi və ona minnətdarlığını bildirdi (həmin kolleqaya Demokratik qanunvericilər normal olaraq acı qaydada etiraz etdilər). Memorial Lamara dərin zərbə vurdu və o, yaxın dostundan – Missisipi Nümayəndələr Palatasının spikerindən aldığı məktuba görə az hüznlü idi. O, bunu “lənətə gəlmiş qəzəb” adlandırdı. Ancaq izah etdi:

“Xalq çətin dövrün və pul kasadlığının təzyiqi altındadır və onun təmsilçiləri hiss edir ki, bir qədər yüngüllük verən nəyəsə zərbə vurulmasına bağlıdırlar, onlardan yalnız azı necə və ya nə qaydada bunu izah edə bilər”.

 (Ardı var)

 





19.05.2014    çap et  çap et