525.Az

Akar və Şoyqu arasında telefon danışığı olub - Yenilənib


 

Akar və Şoyqu arasında telefon danışığı olub -<b style="color:red"> Yenilənib</b>

Türkiyənin Milli Müdafiə Nazirliyi Hulusi Akar və Sergey Şoyqunun telefon danışığına dair məlumat yayıb.

525.az-ın Türkiyə MN-ə istinadən xəbərinə görə, Hulusi Akar humanitar vəziyyəti nəzərə alaraq, atəşkəsin elan edilməsinin vacibliyini Şoyqunun diqqətinə çatdırıb.

 

***

 

Türkiyənin milli müdafiə naziri Hulusi Akar və rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı olub.

525.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

 





01.03.2022    çap et  çap et