525.Az

Sabah 200 azərbaycanlı Odessadan təxliyə ediləcək


 

Sabah 200 azərbaycanlı Odessadan təxliyə ediləcək<b style="color:red"></b>

Odessada yaşayan bir qrup azərbaycanlının sabah təxliyə ediləcəyi gözlənilir.

525.az xəbər verir ki, bu barədə APA-ya Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatının sədri Rövşən Quliyev məlumat verib.

Onun sözlərinə görə, sabah Odessadan 200-ə yaxın azərbaycanlının təxliyəsi nəzərdə tutulur: “Bunun üçün 2 avtobus ayrılıb. Daha iki avtobusun ayrılması üçün də çalışırıq. Hazırda nəqliyyat vasitəsi tapmaq çox çətindir”.

Rövşən Quliyev qeyd edib ki, təxliyə üçün 300-ə yaxın azərbaycanlı müraciət edib.

O diqqətə çatdırıb ki, təxliyə olunacaq azərbaycanlılar Moldova sərhədinə çatdırılacaq.

 





01.03.2022    çap et  çap et