525.Az

Marsda çiçəyə bənzər obyekt aşkarlanıb


 

Marsda çiçəyə bənzər obyekt aşkarlanıb<b style="color:red"></b>

“Cruiosity” kəşfiyyat aparatı tərəfindən Marsın səthində çiçəyə bənzər obyekt aşkar edilib.

525.az xarici mediaya istinadən xəbər verir ki, Marsdakı “Geyl” kraterini tədqiq edən avtomobil ölçülü “Curiosity” adlı kəşfiyyat aparatı artıq 2012-ci ildən Qırmızı planetdədir. Kəşfiyyat maşınının missiyalarına Marsın iqlimini və geologiyasını öyrənmək, burada əvvəllər həyat və suyun varlığını, gələcəkdə isə humanoid kəşfiyyatının mümkün olub-olmadığını araşdırmaq daxildir.

Bu dəfə isə kəşfiyyat maşını tərəfindən Marsın səthində çiçəyə bənzər obyekt aşkar edilib. Kiçik çiçəyə bənzəyən bu obyektdə araşdırma aparan alimlər obyektin mineral formasiya olduğunu bildiriblər. Aşkar edilən bu obyekt elmi qrup tərəfindən "Qaratikan duzu" adlandırılıb.

Alimlər kəşfiyyat maşını vasitəsi ilə çəkilmiş fotoşəkildə mineralları və obyektin teksturasını aydın şəkildə araşdırma şansına sahibdirlər. Bu və buna bənzər mineral birləşmələrlə bağlı araşdırmalarını davam etdirən alimlər Marsda həyat izləri araşdırmağa davam edirlər.

Sevil Gülməmmədova

 





01.03.2022    çap et  çap et