Texnologiya nəhəngi “Samsung”un prezidenti TM Roh rəsmi olaraq “Galaxy Note” seriyasının bitdiyini təsdiqləyib. Bunun əvəzinə hər il “Galaxy S” seriyasında “Ultra” adlı yeni model çıxacağını söyləyib.
525.az xarici mətbuata istinadən xəbər verir ki, şirkət rəsmi olaraq “Galaxy Note” seriyasının sona çatdığını və bu seriyadan yeni modelini istehsal edilməyəcəyini bildirib.
Qeyd edək ki, “Samsung” 2021-ci ildə yeni “Galaxy Note” modelini təqdim etmədi və əvəzinə qatlana bilən yeni modellərə diqqət ayırdı. İstifadəçilər isə 10 illik tarixə malik “Note” seriyasından yeni modelin satışa çıxmayacağına mənfi reaksiya veriblər. Belə ki, “Galaxy S22 Ultra” modelinin “S-Pen” ilə gəlməsi “Galaxy Note” ümidlərini tamamilə məhv edib.
Şirkət istifadəçilərin narazılığına cavab olaraq bildirilib ki, 2019-cu ildə 12,7 milyon olan seriyanın satışlarının 2020-ci ildə 9,7 milyona düşdüyü nəzərə alınsa, belə qərarın verilməsində haqlıdır.
Digər tərəfdən, şirkət qatlana bilən “Galaxy Z” seriyası üçün 2022-ci ilin satış hədəfini 13 milyon olaraq təyin etib.
Sevil Gülməmmədova