"Xəzər Lənkəran" klubu Mirça Rednikin komandanın baş məşqçi vəzifəsinə gətiriləcəyi ilə bağlı Rumıniya mətbuatında yayılan xəbərlərə münasibət bildirib.
Qol.Az saytına açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu bildirib ki, Rednik baş məşqçi vəzifəsinə ən real iki namizəddən biri olsa da, hələlik onunla razılıq əldə edilməyib.
"Bizim klubun Redniklə hər zaman yaxşı münasibəti olub. O, "Xəzər Lənkəran"ı tərk etdikdən sonra da əlaqəni kəsməyib. Ancaq hazırda Redniklə rəsmi razılıq əldə edilməyib. Yaxın 2-3 gün ərzində baş məşqçi məsələsi həll olunacaq. Bu vəzifəyə iki namizəd var. Onlardan biri komandanın məşqçisi Oğuz Çətin, digəri isə Mirça Rednikdir. Bu iki mütəxəssisdən biri yaxın günlərdə "Xəzər Lənkəran"ın baş məşqçisi olacaq".
Qeyd edək ki, Mirça Rednik 2010/11 mövsümündə "Xəzər Lənkəran" klubunu çalışdırıb.
çap et