525.Az

Makron Prezident İlham Əliyevə zəng edib


 

Makron Prezident İlham Əliyevə zəng edib<b style="color:red"></b>

Martın 1-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

525.az-ın xəbərinə görə, söhbət zamanı Ukraynada cərəyan edən böhran vəziyyəti və Ukraynaya humanitar dəstəyin göstərilməsi məsələləri müzakirə olunub.

Telefon danışığı zamanı, həmçinin enerji məsələlərinə dair fikir mübadiləsi aparılıb.

 





02.03.2022    çap et  çap et