525.Az

Təhsil naziri Jidi dağ kənd məktəbinin müəllimi Leyla Qarazadə ilə görüşüb   


 

Təhsil naziri Jidi dağ kənd məktəbinin müəllimi Leyla Qarazadə ilə görüşüb    <b style="color:red"></b>

Martın 2-də Lənkərana səfər edən təhsil naziri Emin Əmrullayev rayonun ucqar Jidi dağ kənd məktəbinə baş çəkib. 

525.az xəbər verir ki, məktəbdə yaradılmış şəraitlə tanış olan Emin Əmrullayev təhsil müəssisəsinin müəllim və şagird kollektivi ilə görüşüb, tədris prosesini izləyib.

Nazir həmçinin son dövrdə sosial şəbəkələrdə fərqli ideyaları ilə tanınan, şagirdləri ilə səmimi ünsiyyət yaradaraq onların sevimlisinə çevrilən
ucqar dağ kənd məktəbinin  müəllimi Leyla Qarazadə ilə də görüşüb, onunla söhbət apararaq fəaliyyətində uğurlar arzulayıb. 

Leyla Qarazadə də öz növbəsində şagirdləri ilə ünsiyyətindən, onlarla birgə  yaratdığı fərqli ideyalardan danışıb və ona göstərilən diqqət üçün təşəkkür edib. 

Təhsil nazirinin Lənkərana səfəri davam edir.

 





02.03.2022    çap et  çap et