"Bu gün Odessadan 110 nəfər azərbaycanlı təxliyə olunur. Onlar hazırda Moldova sərhədinə doğru yola düşüb".
Bu barədə APA-ya Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatının sədri Rövşən Quliyev məlumat verib.
Onun sözlərinə görə, daha 110 nəfərin təxliyəsi də gün ərzində həyata keçiriləcək.
R. Quliyev qeyd edib ki, hazırda Odessada vəziyyət stabildir.
çap et