525.Az

“Zerkalo” qəzeti Mətbuat Şurasından çıxması üçün müraciət edib


 

“Zerkalo” qəzeti Mətbuat Şurasından çıxması üçün müraciət edib<b style="color:red"></b>

 “Mətbuat Şurası “Zerkalo” qəzetinin düşdüyü ağır vəziyyətə biganə qaldığını üçün o qurumun üzvlüyündən çıxmaqla bağlı qərara gəlmişəm”.

Bunu APA-ya açıqlamasında “Zerkalo” qəzetin baş redaktoru Elçin Şıxlı deyib.
 
O bildirib ki, bununla bağlı Mətbuat Şurasına bir həftədir ərizə verilib: “Mətbuat Şurasından hələ ki, cavab yoxdur, amma  hər halda mən bu qərarı vermişəm. Mətbuat Şurasının cavabına o qədər də ehtiyac yoxdur çünki qərar mənimdir”.
 
Qeyd edək ki, “Zerkalo” qəzeti 2003-cü ilin martında təsis edilmiş Mətbuat Şurasının təsisçilərinin ilk sıralarında idi.

 





19.05.2014    çap et  çap et