525.Az

Rusiyanın 7 bankı SWIFT-dən çıxarıldı


 

Rusiyanın 7 bankı SWIFT-dən çıxarıldı<b style="color:red"></b>

Avropa İttifaqı (Aİ) Rusiyaya tətbiq edilən sanksiyalarının bir hissəsi kimi yeddi Rusiya bankını qlobal əməliyyatları dəstəkləyən SWIFT şəbəkəsindən xaric edir.

525.az  "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə Aİ-nin rəsmi jurnalında (hər iş günü Aİ-nin üzv dövlətlərin bütün rəsmi dillərində nəşr olunan qəzet) dərc olunub.

Məlumatda qeyd edilib ki, SWIFT şəbəkəsində əməliyyatlarını dayandırmaq üçün 10 gün vaxt veriləcək Rusiya bankları "Bank Otkrıtiye", "Novikombank", "Promsvyazbank", "Bank Rossiya", "Sovkombank", VEB.RF və Rusiyanın ikinci ən böyük dövlət bankı VTB-dir.
 

 





02.03.2022    çap et  çap et