525.Az

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi həbs olunub


 

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi həbs olunub<b style="color:red"></b>

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov həbs olunub.

525.az xəbər verir ki, general-mayor hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Bakı Hərbi Məhkəməsinin qərarı ilə N. Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

İlkin məlumata görə, Nizami Məmmədov külli miqdarda mənimsəmədə təqsirləndirilir.

 





02.03.2022    çap et  çap et