525.Az

Lesya Ukrainka üçün Qara dəniz havası - Günün şeiri


 

Lesya Ukrainka üçün Qara dəniz havası -<b style="color:red"> Günün şeiri</b>

“ І так заридати, щоб зорі почули,
 Щоб люди вжахнулись на сльози мої”.
                                               L.Ukrainka

Sümük vərəmidir bu dünyanınkı? – 
beyin vərəmidir bəlkə? Kim bilir...
Kiyev tərəflərin nə çəkdiyini
çırpına-çırpına sarı sim bilir.

Çalına-çalına məzar daşında
ümiddə qor dolu kül... yatırıq biz.
Vərəm yerimizdən vururlar bizi;
güllə atana da gül atırıq biz.

“Yaz!” deyə yollara çıxan durnalar – 
çatdır – çarə tapsın öz başlarına.
İstər poeziyanın lap canı çıxsın :
Moskva inanmır göz yaşlarına...

Dərdimi su basar – gözünü sevim! – 
nolar bir ara ver ağlamağına.
Vida fiti verər batan gəmilər – 
dənizə belə bel bağlamağına...
 

 





03.03.2022    çap et  çap et