525.Az

Rada BMT-ni Ukraynaya sülhməramlılar göndərməyə çağırıb


 

Rada BMT-ni Ukraynaya sülhməramlılar göndərməyə çağırıb<b style="color:red"></b>

Ukrayna Ali Radası BMT və digər beynəlxalq təşkilatları ölkəyə sülhməramlılar göndərməyə çağıran qətnamə qəbul edib.

525.az  Report-a istinadən xəbər verir ki, bu barədə Ali Radanın teleqram kanalında məlumat verilib.

“Parlament BMT-yə, BQXK-ya, Avropa Parlamentinə, beynəlxalq təşkilatlara müraciət edilməsi ideyasını dəstəkləyib. Ali Rada dünya ictimaiyyətindən BMT Baş Assambleyasının 3 noyabr 1950-ci il tarixli “Sülh naminə birləşmə” qətnaməsi əsasında Ukraynaya sülhməramlı qüvvələrin yeridilməsini tələb edir”, - məlumatda deyilir.

Ukrayna Ali Radası BMT Baş katibindən münaqişənin həllində vasitəçilik etməyi xahiş edir.

 





03.03.2022    çap et  çap et