525.Az

Ev heyvanları ilə birlikdə ölkəsini tərk etdi


 

Ev heyvanları ilə birlikdə ölkəsini tərk etdi<b style="color:red"></b>

 

Günlərdir intensiv bombardmanlara məruz qalan Ukraynanın paytaxtı Kiyevdə hücumlardan qaçmağa çalışan minlərlə dinc sakin qonşu ölkələrin sərhədlərinə axın edib.

525.az xarici mətbuata istinadən xəbər verir ki, hücumlardan qaçan Mariya Kusnir adlı vətəndaş isə  bütün ev heyvanlarını götürərək ölkəni tərk edib. 29 yaşlı Mariya özü ilə tutuquşularını və itini  götürüb. “Bu amansız müharibədə onları taleyin qollarına buraxa bilməzdim”, - deyə Kusnir bildirib.

Ərinin onu sərhəddə qoyub Kiyevə qayıdacağını və vətənini müdafiə edəcəyini deyən qadın ev heyvanları haqda bunları da əlavə edib: "Bu müharibədə insanlar qədər heyvanlar da çarəsizdir. Onları arxamda qoya bilməzdim. Ona görə də hamısını özümlə aparıram".

Sevil Gülməmmədova

 





03.03.2022    çap et  çap et