525.Az

Şuşada şəhid olan əsgər İkinci Şəhidlər xiyabanında dəfn olunur


 

Şuşada şəhid olan əsgər İkinci Şəhidlər xiyabanında dəfn olunur<b style="color:red"></b>

 

Şuşa-Laçın yolunda baş verən avtomobil qəzasında həlak olan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Vüqar oğlu Kazımovla vida mərasimi başa çatıb.

“Report”un xəbərinə görə, mərhumun nəşi dəfn olunmaq üçün İkinci Şəhidlər xiyabanına gətirilib.

Hazırda şəhid əsgər torpağa tapşırılır.

X X X 

Martın 3-ü hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Vüsal Vüqar oğlu hərbi tibb müəssisəsinə təxliyə olunub.

Bu barədə 525.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir.

 





04.03.2022    çap et  çap et