525.Az

Bir neçə rayonun qaz təchizatı məhdudlaşdırılacaq


 

Bir neçə rayonun qaz təchizatı məhdudlaşdırılacaq<b style="color:red"></b> Azərbaycanda bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qaz ölçü qovşaqlarında görülən işlərlə əlaqədar bu gün saat 12:00-dək Şəmkir rayonunun bir hissəsinə, saat 14:00-dək Şirvan və Göygöl rayonlarının bir hissəsinə, saat 16:00-dan 18:00-dək Goranboy rayonunun bir hissəsinə, saat 11:00-dan 13:00-dək Suraxanı rayonunun Hövsan qəsəbəsinə, eləcə də həyətyanı sahələrin qarşısından keçən qaz xətlərinin təhlükəsiz əraziyə köçürülməsi, qaz təchizatı şəbəkəsində şkaf tipli qaztənzimləyici qurğuların quraşdırılması ilə əlaqədar saat 18:00-dək Ağsu rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
 





20.05.2014    çap et  çap et