525.Az

SOCAR yanvarda 0,7 mlrd. kubmetr qaz istehsal edib


 

 SOCAR yanvarda 0,7 mlrd. kubmetr qaz istehsal edib<b style="color:red"></b>

Bu ilin yanvar ayında Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından 2,2 mlrd. kubmetr qaz hasil edilib.

525.az xəbər verir ki, Energetika Nazirliyindən verilən məlumata görə, hesabat dövründə “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunda 1,2 mlrd. kubmetr qaz hasil edilib. Məlumata görə, yanvar ayında SOCAR 0,7 mlrd. kubmetr qaz istehsal edib.

Ümumiyyətlə 2022-ci ilin yanvar ayında ölkədə 4,1 mlrd. kubmetr təbii qaz hasil edilib.

Hesabat dövründə xaricə qaz satışı təxminən 2 mlrd. kubmetr təşkil edib. Türkiyəyə təqribən 0,8 mlrd. kubmetr, Avropaya təqribən 0,8 mlrd. kubmetr, Gürcüstana isə 0,4 mlrd. kubmetr qaz ixrac edilib.

Qeyd edək ki, yanvarda Türkiyəyə Trans-Anadolu boru kəməri vasitəsi ilə 0,5 mlrd. kubmetrdən çox qaz nəql olunub.

 





04.03.2022    çap et  çap et