525.Az

Sabah hava yağıntılı olacaq


 

Sabah hava yağıntılı olacaq<b style="color:red"></b> Mayın 21-də Bakı və Abşeron yarımadasında hava şəraitinin sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.
 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, güclü şimal küləyi əsəcək.
 
Havanın temperaturu gecə 14-18 dərəcə, gündüz 20-25 dərəcə isti olacaq.
 
Sabah Azərbaycanın rayonlarında da bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 13-18, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
 





20.05.2014    çap et  çap et