525.Az

"Türkiyə-Azərbaycan müttəfiqliyi xalqlarımızın qəlbindədir" - İlham Əliyev


 

"Türkiyə-Azərbaycan müttəfiqliyi xalqlarımızın qəlbindədir" -<b style="color:red"> İlham Əliyev</b>

"Türkiyə-Azərbaycan əlaqələri hər zaman müttəfiqlik səviyyəsində idi və müttəfiqlik xalqlarımızın qəlbindədir".

525.az xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 5-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edərkən deyib.

"Əlbəttə ki, bu gün Türkiyə-Azərbaycan müttəfiqlik əlaqələrinin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparacağıq. Üç aydan sonra biz Şuşa Bəyannaməsinin birinci ildönümünü qeyd edəcəyik. Bu, tarixi bir sənəddir. Əslində Türkiyə-Azərbaycan əlaqələri hər zaman müttəfiqlik səviyyəsində idi və müttəfiqlik xalqlarımızın qəlbindədir. Sadəcə olaraq, biz keçən il Şuşada bunu rəsmən təsdiqlədik", - dövlət başçısı bildirib.

 





05.03.2022    çap et  çap et