525.Az

13 yaşlı uşaq maşının yük yerindən yxılaraq ölüb


 

13 yaşlı uşaq maşının yük yerindən yxılaraq ölüb<b style="color:red"></b>

Masallı rayonunda bədbəxt hadisə baş verib.

Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Masallı Regional Şöbəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə mayın 20-də rayonun Mahmudavar kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 2001-ci il təvəllüdlü Orxan Xalıq oğlu Babayev hərəkətdə olan “ZİL” markalı yük maşınının yük yerindəki ot tayasının üstündə əyləşdiyi vaxt müvazinətini itirərək yerə yıxılıb. Hadisə yerinə dərhal həkim briqadası çağırılsa da, 13 yaşlı uşaq baş-beyin nahiyəsindən aldığı xəsarətdən  dünyasını dəyişib.
 
Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırmalara başlanıb.

 





20.05.2014    çap et  çap et