Moskva yaxınlığında sərnişin və yük qatarları toqquşub.
APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu gün yerli vaxtla saat 12.38-də baş verən hadisə nəticəsində 4 nəfər ölüb, 15 nəfər yaralanıb.
Qeyd olunur ki, Moskva-Kişinyov marşrutu ilə hərəkət edən sərnişin qatarı Naro-Fominsk yaxınlığında yük qatarı ilə toqquşub. Qəzaya səbəb kimi yük qatarının relsdən çıxdığı göstərilir.
çap et