525.Az

Təhsil Nazirliyi internatda 7 yaşlı uşağın döyülməsi barədə məlumatı araşdırır


 

Təhsil Nazirliyi internatda 7 yaşlı uşağın döyülməsi barədə məlumatı araşdırır<b style="color:red"></b>

Təhsil Nazirliyinin nümayəndələri 7 nömrəli İnternat Məktəbində döyülən uşaqla bağlı vəziyyəti araşdırmaq üçün həmin internat məktəbinə ezam olunub.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, məsələ ilə bağlı nazirlik tərəfindən araşdırma aparılır: “Araşdırma yekunlaşdıqdan sonra bununla bağlı mətbuata məlumat veriləcək”.
 
Qeyd edək ki, Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində 7 yaşlı uşağın döyülməsi ilə bağlı məlumat yayılıb.

 





20.05.2014    çap et  çap et