525.Az

“Mədəniyyət” kanalından rəhbərliklə bağlı açıqlama


 

“Mədəniyyət” kanalından rəhbərliklə bağlı <b style="color:red">açıqlama</b>  “Azərbaycan Teleradio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən “Mədəniyyət” kanalına bir ildən artıqdır ki, direktor təyinatı həyata keçirilməyib.
 
Lent.az-ın məlumatına görə, adıçəkilən kanala rəhbərlik edən Cəmil Quliyev ötən ilin aprelindən İctimai Televiziyaya rəhbərlik edir. AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova Lent.az-a açıqlamasında bildirib ki, hələlik kanala rəhbər təyin edilməyib: “Direktorun vəzifəsini isə hazırda müavinlər  (İlham Rəhimli və Nadir Axundov) icra edir”.
 
Kanala direktor təyinatının gecikməsinə gəlincə, “Bu bizdən asılı olan məsələ deyil. Təyinat olursa, mətbuata məlumat veriləcək”-deyə, X. Qasımova əlavə edib.
 





20.05.2014    çap et  çap et