525.Az

Beynəlxalq Rəsul Rza Mükafatı yeni qaliblərə təqdim olunub


 

Beynəlxalq Rəsul Rza Mükafatı yeni qaliblərə təqdim olunub<b style="color:red"></b>

Mayın 19-da XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Rəsul Rzanın anadan olması münasibətilə şairin xatirəsinin anma mərasimi keçirilib. Mərasim iştirakçıları şairin Fəxri Xiyabandakı məzarını ziyarət edərək, abidəsi üzərinə gül-çiçək düzüblər. Sonra Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasında Beynəlxalq Rəsul Rza Ədəbi Mükafatının 2014- il laureatlarının təqdimatı keçirilib.

Tədbirdə Xalq şairləri Rəsul Rza Nigar Rəfibəylinin həyat yaradıcılığı barədə slayd nümayiş olunub Azərbaycan İncəsənət Gimnaziyasının tələbələrinin hazırladıqları ədəbi-bədii kompozisiya təqdim edilib. Fidan Qədimli başqa tələbələr şairin poeziyasından nümunələr səsləndiriblər, şeirlərinə bəstələnmiş mahnılar oxunub.

Tədbirdə çıxış edən professor Nizaməddin Şəmsizadə mütəfəkkir şair Rəsul Rza poeziyasının müasirliyindən, novatorluğundan söz açıb: "Rəsul Rza Nigar Rəfibəyli mənim ən sevimli şairlərimdəndir. Azərbaycanda 60- illər poeziyasının əsasını qoyan Rəsul Rzadır. Onun poeziyası novator poeziyadır. O, fəlsəfi-intellektual şeirimizin banisidir. Rəsul Rza rənglərin poetik fəlsəfəsini ustalıqla qələmə alıb".

Alim şair Elçin İsgəndərzadə Rəsul Rzanın yaradıcılığından danışıb, şairin poeziyası haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüb, tərtibçisi olduğu "Rənglər. Beynəlxalıq Rəsul Rza mükafatı laureatlarının şeir antologiyası" kitabını iştirakçılara təqdim edib.

"Vektor" Beynəlxalq Elm Mərkəzinin nəşri olan kitabın redaktoru AYB katibi Rəşad Məcid, ön sözün müəllifi Xalq şairi Fikrət Qocadır.

Sonra Rəşad Məcid Beynəlxalq Rəsul Rza mükafatlarını qaliblərə təqdim edib. Fərqanə Mehdiyeva, Südabə Sərvi, Dayandur Sevgin, Zakir Məmməd, Minaxanım Təkləli, Salatın Əhmədli, Çingiz Əsədullayev mükafata layiq görülüblər.

Tədbirin sonunda Xalq yazıçısı Anar Beynəlxalq Rəsul Rza Mükafatının yeni laureatlarını təbrik edib. Anar Azərbaycan İncəsənət Gimnaziyasının müəllim tələbələrinə, iştirakçılara Rəsul Rzanı unutmadıqları, yaradıcılığına hörmətlə yanaşdıqları üçün təşəkkürünü bildirib.

 

 





20.05.2014    çap et  çap et