525.Az

Aybəniz Haşımova : “Zakir Əliyev Azərbaycan kişisinin bariz nümünələrindəndir”


 

“Şövkət xanım dedi ki, Zakir oxuyur, elə bilirəm Zülfü oxuyur, Zakir bala Zülfüdü”

Aybəniz Haşımova : “Zakir Əliyev Azərbaycan kişisinin bariz nümünələrindəndir”<b style="color:red"></b>

“Xalqımızın dəyərli səsi və ifaçısı Zakir Əliyevin  22  may dogum günü və sənətdə olmasının 35-ci ilidir. Sevindirici hal odurki,  böyük ifaçımız  yubileyi  ərəfəsində dövlət başçımız cənab İlham Əliyev tərəfindən  yüksək dövlət statusu ilə- əməkdar artist kimi yüksək fəxri ada təltif olundu”.

Bunu əməkdar artist Aybəniz Haşımova öz facebook səhifəsində paylaşdığı  statusunda qeyd edib.
Əməkdar artist qeyd edib ki, bu addım əsl sənətkarlara böyük mükafatdır.

“O gün olsun ki,  Heydər Əliyev ordeninə layiq görülsün. Çünki Zakir Əliyevin misilsiz ifaçılığı  və xalqının musiqisinə hələ körpə yaşlarından təmannasız,yorulmaz xidməti onu  bu zirvəyə aparır.

Zakir Əliyev Azərbaycan kişisinin bariz nümünələrindəndir-reklam,var- dövlət xətrinə Zakir müəllim hec zaman daşıdığı  sənət adına hec zaman xələl gətirmədi, yalnız xalqının imicini, adını,sənətini düşündü, onun sənət ustadları Sövkət xanım Ələkbərova, Arif babayev onunla hər zaman fəxr etdilər.

Zakir Əliyev hələ körpə yaşındaykən böyük Üzeyir Hacıbəyovun 100 illik yubileyində Moskvada- Böyük Teatr səhnəsində “Leyli və Məcnun” əsərini oxumaq və yüksək alqışlar şərəfinə nail oldu. Zakir Əliyev ulu öndər Heydər Əliyevin 1980-ci ildə imzası ilə açılmış sinfin qaliblərindəndəndir.

Əvəzolunmaz ustad sənətkar və mənim ustadım Sövkət xanımın Zakir Əliyevin ünvanına dediyi  “Zakir oxuyur, elə bilirəm Zülfü oxuyur. Zakir bala Zülfüdü” kəlmələri hələ də  xatirimdən, hafizəmdən  getməyib.
Zakir Əliyev hələ körpə yaşlarindan əsl sənətkar ifaçı idi. Bugün də yüksək sənət göstəricisi  ilə musiqimizə xidmət edir. Allahdan ona can saglığı,uzun ömür arzu edirəm.

Mən Zakir müəllimlə və digər uşaqlıq dostlarımla həmişə fəxr etmişəm,edirəmdə. Allah onları mənə və xalqımıza çox görməsin. Dogum günün mübarək əziz və əvəzolunmaz dost. Amin!”-deyə, daha sonra A. Haşımova qeyd edib.
Kamil Həmzəoğlu

 





20.05.2014    çap et  çap et