525.Az

Komitə: “Uşağın döyülməsi faktı təsdiqlənərsə...”


 

Komitə: “Uşağın döyülməsi faktı təsdiqlənərsə...”<b style="color:red"></b>

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) də 7 saylı İnternat Məktəbində döyülən uşaqla bağlı araşdırmaya başlayıb.

Bu barədə APA-ya AQUPDK-dən məlumat verilib.
 
Komitədən bildirilib ki, həmin internat məktəblə əlaqə saxlanılıb.
 
“Məktəbdə uşağın döyülməsi faktı təsdiqlənərsə, hüquq-mühafizə orqanlarına və digər aidiyyəti qurumlara müraciət ediləcək. Bu cür hal əlbəttə ki, bizdə ciddi narahatlıq doğurub”, - deyə komitədən bildirilib.

 





20.05.2014    çap et  çap et