525.Az

Kanada daha 10 Rusiya vətəndaşına sanksiya tətbiq edib


 

Kanada daha 10 Rusiya vətəndaşına sanksiya tətbiq edib<b style="color:red"></b>

Kanada hökuməti Ukraynadakı münaqişəyə görə daha 10 Rusiya vətəndaşına sanksiya tətbiq edib.

525.az xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trüdo bildirib.

Kanada hökumətinin saytında yer alan siyahıda Rusiya prezidentinin sözçüsü Dmitri Peskov, RT-nin rəhbəri Marqarita Simonyan, aparıcı Vladimir Solovyov, Birinci kanalın baş direktoru Konstantin Ernst, biznesmen Oleq Deripaska və daha 5 nəfərin adı yer alır.

 





07.03.2022    çap et  çap et